<b>Polis meşədə narkotik kolları aşkarladı - <span style="color:red;">Becərənlər saxlanılıb  </b>
15 may 2019 12:03 (UTC +04:00)

Polis meşədə narkotik kolları aşkarladı - Becərənlər saxlanılıb

Meşədə narkotik əkib-becərən İsmayıllı sakinləri saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, mayın 14-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağbulaq kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 327 ədəd çətənə bitkisi aşkar edilib.
 
Davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxslərin İsmayıllı şəhər sakinləri Rauf Süleymanlı və Süleyman Mahmudlu olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
 
R.Süleymanlının üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bükümdə ümumi çəkisi 12 qrama yaxın qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.
 
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
# 822
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar