<b>Ötən günün "yol terroru": <span style="color:red;">4 qəza , <span style="color:red;">4 ölü </b>
15 may 2019 10:38 (UTC +04:00)

Ötən günün "yol terroru": 4 qəza, 4 ölü

Daxili işlər orqanlarında qeydə alınmış 2 günün cinayət və hadisələr haqqında statistik məlumatı açıqlanıb.   
   
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb. 
 
Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
 
Respublikanın avtomobil yollarında isə 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib
 
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
# 763
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar