Paytaxtda meymun onunla şəkil çəkdirən gəncin qulağını dişləyib
14 may 2019 22:19 (UTC +04:00)

Paytaxtda meymun onunla şəkil çəkdirən gəncin qulağını dişləyib

Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib. Hadisə Nizami küçəsində baş verib.

 

ONA-nın məlumatına görə, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb.

 

Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun qulağı cərrahi əməliyyatla tikilib.

# 1985
avatar

Oxşar yazılar