<b>Votsapda <span style="color:red;">SİSTEM BOŞLUĞU  - aradan qaldırıldı</b>
14 may 2019 19:31 (UTC +04:00)

Votsapda SİSTEM BOŞLUĞU - aradan qaldırıldı

May ayının əvvəlində Votsapda istifadəçilərin smartfonlarına izlənmə üçün nəzərdə tutulmuş proqram təminatının yazılması imkanını verən sistem boşluğu aşkar edilmişdi.
 
 
Lent.az technote-a istinadən xəbər verir ki, sözügedən sistem boşluğu messencerin audiozəng funksiyasında aşkar edilmişdi.
 
 
Həmin sistem boşluğu sayəsində audiozəng funksiyası vasitəsilə hansısa şəxsə zəng edən istifadəçi zəng etdiyi şəxsin smartfonuna izlənmə üçün olan proqram təminatını yaza bilərdi.
 
İstifadəçinin həmin zəngə cavab verməsi və ya verməməsindən asılı olmayaraq izlənmə üçün olan proqram təminatının smartfona quraşdırılması mümkün olurdu. Nəticədə 13 may tarixində Votsap üçün sistem yenilənməsi təqdim olunmuşdu.
 
Şirkət bu sistem boşluğu sayəsində hansı sayda insanın zərər çəkməsi barəsində məlumat verməyib. Lakin güman edib ki, bu sistem boşluğundan istifadə etmiş dələduzların niyyətləri kiçik istifadəçi kütləsi olub.
 
Məlumata əsasən, izlənmə üçün olan proqram təminatı İsrailin NSO Group şirkəti tərəfindən hazırlanıb. Bu şirkət həmçinin Pegasus adlı tətbiqin də yaradıcısıdır. Həmin tətbiq vasitəsilə smartfonun kamerasını, mikrofonunu aktiv etmək olar və smartfon sahibinin yerləşdiyi yer barəsində məlumatları əldə etmək olar. NSO Group şirkəti bu məsələ lə bağlı istintaqa start verdiyini və öz müştəriləri arasında sözügedən tətbiqdən sui-istifadə hallarının olub-olmadığını yoxladığını bildirib.
# 1802
avatar

Oxşar yazılar