Səadət Partiyası İstanbulla bağlı qərarını VERDİ

Türkiyənin Səadət Partiyası 23 iyunda yenidən keçiriləcək İstanbul bələdiyyə seçkilərində nümayəndələrinin Necdet Gökçınar olduğunu açıqlayıb.

Lent.az türk mediasına istinadən xəbər verir ki, 31 mart seçimlərində Necdet Gökçınar 103 min 300 səs toplamışdı.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində 31 martda keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyası (CHP) nümayəndəsi Əkrəm İmamoğlu rəsmi olaraq aprelin 17-də qalib gəlmiş, may ayının 6-da isə Yüksək Seçki Komisiyyası (YSK) İstanbuldakı Böyükşəhər bələdiyyəsi seçkilərinin ləğvi haqqında qərar qəbul etmişdi.

Bu qərardan sonra isə Türkiyə Kommunist Partiyası, Əməkçi Hərəkat Partiyası və Türkiyə Kommunist Hərəkatı təkrar seçimdən imtina etdiklərini bildirmişdilər. Bundan başqa verilən açıqlamalara görə Səadət Partiyası və Demokratik Sol Partiyasının da İstanbulda 23 iyun seçkilərindən imtina etməsi gözlənilirdi.

 

LENT

25 May 2019

Digər xəbərlər >>>