[b]Bankdan qanunsuz yolla kredit aldı - Cinayət işi başlanılıb[/b]
14 may 2019 18:06 (UTC +04:00)

[b]Bankdan qanunsuz yolla kredit aldı - Cinayət işi başlanılıb[/b]

Bankdan qanunsuz yolla kredit alan Quryanov Səbuhi Süleyman oğlu barəsində cinayət işi başlanıb.
 
ONA-nın xəbərinə görə, S. Quryanov Cinayət Məcəlləsinin 195.2 (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham edilir.
 
İş üzrə zərərçəkmiş şəxs qismində “Accessbank” Qapalı Səhmdar Cəmiyyəti tanınıb. S.Quryanovun cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
# 1974
avatar

Oxşar yazılar