[b] Rəşid Behbudov küçəsində su borusunun partlaması nəticəsində bəzi obyektləri su basıb - YENİLƏNİB[/b]
14 may 2019 19:49 (UTC +04:00)

[b] Rəşid Behbudov küçəsində su borusunun partlaması nəticəsində bəzi obyektləri su basıb - YENİLƏNİB[/b]

Rəşid Behbudov küçəsində 500 milli metrlik içməli su borusu partlayıb.
 
ONA-nın məlumatına görə, nəticədə yaxınlıqda olan binanın altındakı avtomobil qarajı və Türkiyə Səfirliyinin Yunus Əmrə mədəniyyət mərkəzini su basıb. “Azərsu” ASC-nin baş mühəndisi Yaşar Əhmədov bildirib ki, bu borunun parlamasına səbəb mədəniyyət mərkəzinin yerləşdiyi binanın və yaxınlıqdakı digər iki obyektin düzgün olmayan ərazidə tikilməsidir. Onun sözlərinə görə, “Azərsu” ASC bununla bağlı müvafiq qurumlara müraciət edəcək.
 
Hazırda əhaliyə içməli suyun veriliş dayandırılıb.
 
 
16:20
 
Rəşid Behbudov küçəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
 
Bakı Nəqliyyat Agentliyindən ONA-ya verilən xəbərə görə, buna səbəb Rəşid Behbudov küçəsindən keçən su-kanalizasiya sistemində baş verən nasazlıqla əlaqədar olaraq yolun hərəkət hissəsində çətinliklər yaranmasıdır.
 
Hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Svetoforlarda yaşıl dalğa tətbiq edilib. 
# 2169
avatar

Oxşar yazılar