[b]Elmar Məmmədyarov: "İlk növbədə, Ermənistanda xalq sülhə hazırlanmalıdır"[/b]
14 may 2019 15:14 (UTC +04:00)

[b]Elmar Məmmədyarov: "İlk növbədə, Ermənistanda xalq sülhə hazırlanmalıdır"[/b]

"Xalqların sülhə hazırlanmasından söhbət gedirsə, bəzi detalları açıqlayarkən, ilk növbədə, Ermənistanda xalq sülhə hazırlanmalıdır. Çünki anlamaq lazımdır ki, yaxşı qonşuluq blokadada, problemlər içərisində olmaqdan daha yaxşıdır".  
 
ONA-nın məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə erməni jurnalistin sualına cavabında deyib.
 
"Ermənistanın iki qonşusu ilə sərhədləri bağlıdır. Düşünün, özünüz özünüzə sual verin. Biz sizə bu sualı verməli deyilik. Erməni xalqı özü özünə bu sualı verməlidir. Bəs, sonra? Sonrası necə olacaq?", - deyə nazir vurğulayıb.
# 1664
avatar

Oxşar yazılar