<b>Pentaqon rəhbərinin Yaxın Şərq Planı açıqlandı: <span style="color:red;">120 minlik ordu... </b>
14 may 2019 19:45 (UTC +04:00)

Pentaqon rəhbərinin Yaxın Şərq Planı açıqlandı: 120 minlik ordu...

Rəsmi Vaşinqton Yaxın Şərqə 120 minlik ordu göndərmək planı üzərində işləyir.
 
Lent.az xəbər verir ki, bu barədə “New York Times” qəzetində məlumat dərc edilib. 
 
Qeyd edilib ki, İranın ABŞ qüvvələrinə qarşı hücumu baş tutarsa, yaxud islam ölkəsi nüvə silahı istiqamətində fəaliyyətini davam etdirərsə, sözügedən plana uyğun hərəkət ediləcək.
 
Nəşrdə həmçinin vurğulanıb ki, qeyd edilən planı ABŞ Müdafiə Nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan tərəfindən təqdim edilib.
 
 
Ölkənin yüksək dövlət rəsmilərinin, o cümlədən ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun da iştirak etdiyi görüşdə Pentaqon rəhbərinin təqdim etdiyi plan İrana qarşı hərbi əməliyyat variantının yenilənmiş formasıdır.
 
Qeyd edək ki, Patrikin yeni planında İrana qarşı yerüstü hücumdan söhbət getmir.  Bu da onunla əsaslandırılıb ki, o zaman daha çox hərbçiyə ehtiyac olar.
# 2264
avatar

Oxşar yazılar