[b]Bu yollardan keçərkən ehtiyyatlı olun - <span style="color:red;">DİQQƏT [/b]
14 may 2019 13:10 (UTC +04:00)

[b]Bu yollardan keçərkən ehtiyyatlı olun - DİQQƏT[/b]

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bayraq meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Lent.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib. Bildirilib ki, bundan başqa Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev və Asif Əsədullayev küçələrində axşam saatlarınadək, Yasamal rayonu İnşaatçılar prospekti, həmçinin İzmir və Bakıxanov küçələrində isə axşam saat 22:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

# 811
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar