[b]Həcc ziyarəti üçün 771 nəfər müraciət edib: bir nəfər üçün 4285 dollar...  [/b]
14 may 2019 12:33 (UTC +04:00)

[b]Həcc ziyarəti üçün 771 nəfər müraciət edib: bir nəfər üçün 4285 dollar... [/b]

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 771 nəfər müraciət edib.
 
Bu haqda ONA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
 
Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: “Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulub. Bu limit qurtaranda sənəd qəbulu da bitəcək".
 
Qeyd edək ki, bu il Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dollar təşkil edir.
# 846
avatar

Oxşar yazılar