Qanunsuz balıq ovlayanlar təbiətə 56 min manat ziyan vurub
14 may 2019 16:08 (UTC +04:00)

Qanunsuz balıq ovlayanlar təbiətə 56 min manat ziyan vurub

Ötən il və bu ilin ilk dörd ayı ərzində brakonyerliyə qarşı mübarizə çərçivəsində  cinayət və inzibati xəta törətdiklərinə görə 202 nəfər məsuliyyətə cəlb olunub.
 
Lent.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.
 
Onun sözlərinə görə, ekoloji cinayətkarlığa, brakonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və respublikanın digər sututarlarında keçirilmiş  tədbirlər nəticəsində 2018-ci il və 2019-cu ilin 4 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 197 cinayət işinin araşdırılması aparılıb, əməkdaşlar tərəfindən ekoloji hüquqpozmalar sahəsində 131 inzibati xəta faktı aşkar edilib. 
 
E.Süleymanov əlavə edib ki, cinayət və inzibati xəta törətdiklərinə görə  məsuliyyətə cəlb olunan 202 nəfərdən qanunsuz balıqovlamada istifadə olunan 101 ədəd qayıq, 424 tor, 32 mühərrik və başqa ov vasitələri, 16 ton 919 kq müxtəlif növ balıq və.s götürülüb. Ümumilikdə təbiətə 56 min manat ziyan vurulub. İnzibati xəta faktları törədənlər 11 min manat cərimə ediliblər.
 
Qeyd olunub ki, 2019-cu ilin 4 ayı ərzində 72 qanunsuz balıqovlama, 2 qanunsuz ov etmə cinayət faktı aşkar edilib, bu sahədə 48 inzibati xəta faktı aşkar edilib.
# 1645
avatar

Oxşar yazılar