Başına maska taxıb, bıçaqla evlərə basqın edən şəxsdən <span style="color:red;">YENİ XƏBƏR
14 may 2019 09:52 (UTC +04:00)

Başına maska taxıb, bıçaqla evlərə basqın edən şəxsdən YENİ XƏBƏR

Abşeronda maska taxaraq evlərə basqın etməkdə təqsirləndirilən Həsən Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Lent.az-ın məlumatına görə, H. Bayramovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib.
 
Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
 
 
Qeyd edək ki, Abşeronda quldurluqla məşğul olan şəxs ələ keçirilib. Araşdırma zamanı onun başına maska taxaraq, soyuq silahla evlərə girdiyi məlum olub.
 
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, Hökməli qəsəbəsində insanlara qorxulu anlar yaşadan 22 yaşlı Həsən Bayramov tutulub.
 
Saxlanılan şəxs oğurluq məqsədi ilə, öz kəndində, bir müddət öncə girdiyi evə yenidən soxulmağa cəhd edib. Həsən Bayramov bütün bunları qəbul etdiyi içki və narkotik madənin təsiri nəticəsində törətdiyini bildirib.
 
# 768
avatar

Səlcuq Elçin

Oxşar yazılar