<b>Avtomobillə vurduğu qonşusunu sonra da döydü - <span style="color:red;">Dərhal xəstəxanaya çatdırılıb </b>
14 may 2019 08:57 (UTC +04:00)

Avtomobillə vurduğu qonşusunu sonra da döydü - Dərhal xəstəxanaya çatdırılıb

Ağdamda qonşu qonşunu atomobillə vurub, sonra döyüb. 
 
ONA-nın yerli bürosundan verilən xəbərə görə, hadisə rayonun Alıbəyli qəsəbəsində baş verib. 
 
Qəsəbə sakini Əzimov Məhəmməd Xəlil oğlu idarə ediyi “VAZ 21099” markalı 62 BE 203 dövlət nömrə nişanlı maşını ilə qonşusu Mehdiyev Mətləb Baba oğlunu vurub. Daha sonra avtomobildən düşərək M.Mehdiyevi döyüb.    Xəsarət alan M.Mehdiyev yaxınları tərəfindən Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Döyülən şəxsin yaxınlarının ONA-ya verdiyi məlumata görə, davaya səbəb Əzimov Məhəmmədin Mətləb Mehdiyevə məxsus evin qarşısında əkdiyi ağac və gül kollarını heyvanlarına yedizdirməsi olub.  Faktla bağlı Ağdam Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
# 1022
avatar

Oxşar yazılar