<b>ABŞ-ın Alyaska ştatında iki təyyarə toqquşdu, 5 nəfər ölüb - <span style="color:red;">YENİLƏNİB </b>
14 may 2019 08:31 (UTC +04:00)

ABŞ-ın Alyaska ştatında iki təyyarə toqquşdu, 5 nəfər ölüb - YENİLƏNİB

ABŞ-ın Alyaska ştatında iki təyyarənin toqquşması nəticəsində baş vermiş qəzada 5 nəfər dünyasını dəyişib.

ONA CNN-ə istinadla xəbər verir ki, ölənlərdən 1-i pilotdur. 

İtkin düşənlərdən 6 nəfərdən 1-nin axtarışı hələ də davam edir.

05:23

ABŞ-ın Alyaska ştatında Alyaska ştatında iki təyyarə toqquşub.

ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, qəza nəticəsində 10 nəfər yaralanıb, altı nəfər itkin düşüb. 

ABŞ Sahil mühafizə xidmətindən bildirilib ki, təyyarə qəzası ötən gecə Ketçikan şəhəri yaxınlığında qeydə alınıb.Təyyarələrdən birində 11, digərində isə 5 nəfərin olduğu bildirilir.

Sahil mühafizə xidmətinin zabiti Con-Paul Rios deyib ki, hazırda xilasedicilər tərəfindən itkin düşənlərin axtarışı davam etdirilir. 

Təyyarə qəzasının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

# 1229
avatar

Oxşar yazılar