<b>Avtomobil vuran 36 yaşlı piyada xəstəxanada öldü - <span style="color:red;">VİDEO  - <span style="color:red;">YENİLƏNİB </b>
14 may 2019 15:02 (UTC +04:00)

Avtomobil vuran 36 yaşlı piyada xəstəxanada öldü - VİDEO - YENİLƏNİB

Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.
 
ONA-nın məlumatına görə, ötən gecə paytaxtın Abdulla Şaiq küçəsində Abbas Abbasov idarə etdiyi "Hyundai" markalı avtomobillə küçədə hərəkət edən zaman qəfil qarşısına çıxan, 1983-cü il təvəllüdlü Quliyev Alim Rasim oğlunu vurub. Ağır xəsarət alan piyada sürücünün köməkliyi ilə özəl xəstəxanaların birinə yerləşdirilib.
 
A.Quliyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.
 
 
 
Saat 04:10
 
 
Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
 
ONA-nın məlumatına görə, yol qəzası Abdulla Şaiq küçəsində baş verib.
 
Abbas Abbasov idarə etdiyi "Hyundai" markalı avtomobillə küçədə hərəkət edən zaman qəfil qarşısına 1983-cü il təvəllüdlü Quliyev Alim Rasim oğlu çıxıb. İdarəetməni itirən sürücü A.Quliyevi vurub. 
 
Ağır xəsarət alan piyada sürücünün köməkliyi ilə özəl xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

 

# 2287
avatar

Oxşar yazılar