[b]Qaynananın atdığı daş kürəkənin böyrəyini zədələyib: xəstəxanaya yerləşdirildi[/b]
14 may 2019 01:14 (UTC +04:00)

[b]Qaynananın atdığı daş kürəkənin böyrəyini zədələyib: xəstəxanaya yerləşdirildi[/b]

Mingəçevir rayonunda ailə münaqişəsi zəminində dava baş verib. 
 
ONA-nın yerli bürosunun məlumatına görə, Sənaye Parkının yaxınlığında qeydə alınan hadisə zamanı 1967-ci il təvəllüdlü şəhər sakini Azər Zahid oğlu Zülfüqarov həyat yoldaşı ilə dava edib. 
 
Hadisədən sonra halı pisləşən ailənin xanımına tibbi yardım göstərilib. Kürəkəninə qəzəblənən qaynana Heydər Əliyev prospektində yerləşən evdən onun arxasınca küçəyə çıxaraq daşlamağa başlayıb. Qaynananın atdığı daşlardan biri A.Zülfüqarovun böyrək nahiyəsinə dəyərək onu yaralayıb. 
Dərhal xəstəxanaya aparılan kürəkənə müayinə olunduqdan sonra zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
 
Faktla bağlı araşdırma aparılır.
# 1371
avatar

Oxşar yazılar