Ağdamda qəza nəticəsində sürücü ağır yaralanıb
14 may 2019 00:55 (UTC +04:00)

Ağdamda qəza nəticəsində sürücü ağır yaralanıb

Ağdam rayonunda ağır qəza hadisəsi baş verib.
 
ONA-nın  Qarabağ bürosunun xəbərinə görə, rayonun Zəngişalı kəndində traktorla “VAZ-2106 markalı avtomobilin toqquşması nəticəsində 28-BA-759 dövlət nömrə nişanlı maşının sürücüsü ağır yaralanıb. Yaralı Hakim Həmidov Ağdam xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Ağdam rayon Polisi İdarəsində araşdırma aparılır. 
# 1132
avatar

Oxşar yazılar