Abşeronda kütləvi dava olub, üç nəfər xəstəxanaya yerləşdirilib
14 may 2019 00:25 (UTC +04:00)

Abşeronda kütləvi dava olub, üç nəfər xəstəxanaya yerləşdirilib

Abşeron rayonunda axşam saatlarında kütləvi dava olub. 
 
ONA-nın xəbərinə görə, hadisə rayonun Müşviqabad qəsəbəsində qeydə alınıb.
 
Belə ki, “Shacman” markalı yük avtomobilini idarə edən 1986-cı il təvəllüdlü İbrahimov Natiq Mayıl oğlunun qarşısını 8 nəfər naməlum şəxslər kəsərək, onunla bərabər yanındakı sərnişinlər, 1994-cü il təvəllüdlü Dəmirov Fərahim Rafiq oğlunu,  küt alətlə döyüblər. 
 
Sürücünün qardaşı İbrahimov Səxavət Mayıl oğlu hadisə yerinə gələrək münaqişənin qarşısını almaq istəyib. Qarşı tərəf onların bel ilə baş və bədən nahiyələrinə zərbələr ediriblər. 
 
Onların hər üçü ağır bədən xəsarətlətləri ilə 1 saylı kliniki Tibbi Mərkəzə yerləşdiriliblər
 
Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.
# 1308
avatar

Oxşar yazılar