Lənkəranda bir gündə 2 nəfəri ilan sancdı
13 may 2019 23:18 (UTC +04:00)

Lənkəranda bir gündə 2 nəfəri ilan sancdı

Lənkəran rayonunda 2 nəfəri ilan sancıb.
 
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, analoji hadisələr rayonun müxtəlif yerlərində baş verib.
 
Bu gün ilansancması ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına 2 nəfər müraciət edib. Reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkmişlərdən biri Nərimanabad qəsəbə sakini, 1992-ci il təvəllüdlü Elşən Fədail oğlu Əhmədovun müalicəsi davam edir.
 
Diryan kənd sakini, 1994-cü il təvəllüdlü Ülkər Əzizağa qızı Əhmədova isə lazımi tibbi müdaxilədən sonra evə buraxılıb.
# 1520
avatar

Oxşar yazılar