Məşhur müğənni-aktrisa vəfat etdi
13 may 2019 23:09 (UTC +04:00)

Məşhur müğənni-aktrisa vəfat etdi

ABŞ-ın məşhur müğənni-aktrisa Doris Dey 97 yaşında Kaliforniyadakı evində vəfat edib.
 
ONA “Reuters”-ə istinadla xəbər verir ki, 1922-ci ildə doğulan amerikalı sənətçi karyerası boyu aktyor, müğənni və prodüser kimi çalışıb. 
 
O, olk dəfə 1939-cu ildə özünü müğənni kimi sınayıb. Lakin 1945-ci ildə lentə aldırdığı ilk "Sentimental Journey" albomu onu məşhurlaşdırdı.
 
 
Həm də heyvansevər kimi tanınan D.Dey 1948-ci ildən filmlərə dəvət alıb. 
 
Alfred Hitçokun “'The Man Who Knew Too Much” filmindəki ifa etdiyi "Que Sera Sera" mahnısı Dorisi dünya kinosu tarixində tanıtdı.
 
Məlumat üçün bildirək ki, ömrünün sonlarında müğənni-aktrisa ağır pnevmoniya diaqnozu ilə müalicə alırdı.
# 1597
avatar

Oxşar yazılar