[b]Ən sürətli sərnişin qatarının testinə başlanıldı – 3 il davam edəcək [/b]
13 may 2019 19:57 (UTC +04:00)

[b]Ən sürətli sərnişin qatarının testinə başlanıldı – 3 il davam edəcək [/b]

Yaponiyanın “JR East” dəmir yolu şirkəti 400 km/saat sürətlə hərəkət edən “Alfa-X” sərnişin qatarının sınaqlarına başlayıb. 
 
Lent.az ictnews-a istinadən xəbər verir ki, 10 vaqondan ibarət ilk eksperimental “Alfa-X” qatarı Aomori-Senday marşrutu üzrə hərəkətə başlayıb. Sınaqların ilkin mərhələsi 3 il davam edəcək, qatarın tam istismara verilməsi isə 2030-cu ilə planlaşdırılır.
 
 
Bildirilir ki, “Alfa-X” qatarının xarakterik xüsusiyyəti tunelə daxil olan zaman küləyin müqavimətinin qarşısını almağa imkan verən 22 metrlik müqavimət sipəridir. Yaponiya mütəxəssislərinin fikrincə, “Alfa-X” sərnişinləri təxminən 360 km/saat sürətlə daşıyacaq ki, bu da onu Çinin Pekin və Şanxay şəhərləri arasında 350 km/saat sürətlə hərəkət edən “Fuxing Hao” qatarından daha sürətli edəcək.
 
 
Qeyd edək ki, martda Çinin Çjetsyan əyalətində Xançjou-Tsyuyçjou yüksəksürətli dəmir yolu magistralının tikintisinə başlanılıb. Yüksəksürətli qatarların yeni magistralda 350 km/saat sürətlə hərəkət edəcəkləri planlaşdırılır.
# 1503
avatar

Oxşar yazılar