Məşhur aktrisa iflasa uğradı
13 may 2019 19:30 (UTC +04:00)

Məşhur aktrisa iflasa uğradı

Türkiyənin tanınmış aktrisası Yeşim Ceren yaşadığı çətin günlərdən söz açıb. 
 
Lent.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
 
Məşhur sənətçinin sözlərinə görə, bir zamanlar iflasa uğrayıb və çətin həyat tərzi keçirib.
 
“2016-cı ildə 110 kq idim. Artıq çəkidən əziyyət çəkirdim. Fırıldaqlarla, haqsızlıqlarla çox rastlaşdım. Üstəlik iiflasa uğradım. Bir gün hiss etdim ki, cibimdə 1 quruş da pulum qalmayıb. Anamdan mənə yadigar qalan əşyalara kimi hər şeyimi satmışdım. Bu çətin günlərdən sonra mədə kiçiltmə əməliyyatı keçirdim. Olduqca çox işləməyə başladım. Həm çətin günlərimi, həm də kilolarımı keçmiş zamanda qoydum. İndi o günlərə baxıb bu günüm üçün şükür edirəm”,- deyə sənətçi bildirib.
# 1726
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar