Türkiyəli aktyor xəstəxanaya yerləşdirildi
13 may 2019 18:47 (UTC +04:00)

Türkiyəli aktyor xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış aktyoru Eşref Kolçak xəstəxanaya yerləşdirilib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə müğənni Onur Akay məlumat yayıb. O bildirib ki, 92 yaşlı aktyor Eşref Kolçakın vəziyyəti pisləşərək, qonşusu tərəfindən təcili tibbi yardımla Gemlik Dövlət Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, aktyor uzun müddətdir müalicə alır.

# 1605
avatar

Oxşar yazılar