<b>Sumqayıtda kənd təsərrüfatı yarmarkası köçürüləcək - <span style="color:red;">ÖZƏL </b>
13 may 2019 16:18 (UTC +04:00)

Sumqayıtda kənd təsərrüfatı yarmarkası köçürüləcək - ÖZƏL

Sumqayıtda kənd təsərrüfatı yarmarkasınının başqa əraziyə köçürülməsi planlaşdırılır.

Bu barədə Lent.az-a danışan Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev faktı təsdiqləyib. O bildirib ki, yaxın vaxtlarda yarmarkanın ərazisi dəyişdiriləcək:

“Yarmarka “Daş bazarı” yaxınlığında ayrılan yerə köçürüləcək. Köçürülməyə səbəb isə 42-ci məhəllədə nəqliyyatın hərəkətinin sıx olmasıdır”.

Bildirək ki, adıçəkilən yarmarka Sumqayıtda hər həftənin şənbə və bazar günləri keçirilir.

Xatırladaq ki, 2018-ci ilin noyabr ayında Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkası 42-ci məhəlləyə köçürülmüşdü. Buna səbəb isə yarmarkanın əvvəlki yerində satıcıların gigiyena qaydalarına əməl etməməsi və avtomobillərin süni tıxac yaratması göstərilmişdi.

 

# 1600
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar