<b></b><b><span style="color:red;">“Bakı Marafonu-2019” un qalibləri bəlli oldu</b>
13 may 2019 14:11 (UTC +04:00)

“Bakı Marafonu-2019”un qalibləri bəlli oldu

“Bakı Marafonu-2019”un aparıcı sponsorlarından olan Türk Hava Yollarının(THY) marafona
öz komandası da qatılıb. 
 
THY-dən Lent.az-a verilən məlumata görə, “Küləyə qalib gəl” şüarı altında dördüncü il təşkil olunmuş marafonda sözügedən komandanın tərkibində 600 nəfərə şəxs çıxış edib.
 
Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr əsafəni əhatə edən Marafon kişilər arasında tələbə Toğrul Məmmədli ilk olaraq qət edib. 
 
THY komandasını təmsil edən T.Məmmədli 1:21:53 saniyə zaman sərf edib. 
 
Tələbə Kader Əliyeva isə qadınlar arasında finiş xəttinə 1:47:17 vaxtla birinci çadıb. 
Hər iki tələbə Türk Hava Yollarından “Paris Disneylənd”inə səyahət qazanıb.
 
 
Türk Hava Yollarının korporativ müştəriləri də Bakı Marafonundan kənarda qalmadılar. THY-ın komandasının tərkibində çıxış edən Süleyman Əliyev 1:28:07 vaxt sərf etməklə kişilər arasında korporativ müştərilərdən finiş xəttinə çatmış ilk iştirakçı adınıb. Ənn Devisə isə qadın korporativ müştərilər arasında ilkliyi qazanmaq üçün 1:41:38 zaman tələb olundu. Hər iki korporativ müştəri bu ilin noyabr ayında baş tutacaq “İstanbul Marafonu”nda
iştirak hüququ qazanıb.
 
Bundan başqa, THY-ın komandasının tərkibində marafona qatılmış iştirakçılar arasında lotereya da oynanılıb. 
 
Qalib gəlmiş Səbinə Kərimova və Rəşad Qasımov hava yolları şirkətindən Avropaya pulsuz bilet qazanıb.
 
Qeyd edək ki, mayın 1-də Türk Hava Yollarının komandasının tərkibində marafona qatılmaq üçün qeydiyyatdan keçmiş şəxslər arasında “Facebook” üzərində təsadüfi seçim aparılıb. Seçimin nəticəsinə görə, Vüqar Məmmədov THY-dan İstanbula gediş-dönüş bileti qazanıb. Digər 5 qalib də şirkətdən dəyərli hədiyyələr əldə edib.
 
Türk Hava Yollarının Bakı ofisinin rəhbəri Seyfullah İlyas Bakı Marafonunun idmanın inkişafına dəstəyində, sağlam həyat tərzini təbliğində əvəzsiz rol oynadığı bildirib: 
 
“İnsanları xeyirxah amallar ətrafında bir araya gətirən Bakı Marafonunda iştirak etməkdən xoşbəxtik. Bu gün bizimlə birlikdə küləyə qalib gəlməyə çalışan hər kəsə dərin təşəkkürümüzü bildirik. Ümid edirik ki, çətin işin öhdəsində birlikdə uğurla gəldik. Qalibləri bir daha təbrik edir və onlara işlərində müvəffəqiyyətlər arzulayırıq”.
 
Qeyd edək ki, hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən mmarafonda bu il 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar qatılıb.
# 1251
avatar

Oxşar yazılar