<b></b><b><span style="color:red;"> <span style="color:red;">AUQX : “Heç bir uşağın naləsi eşidilməmiş qalmamalıdır”</b>
13 may 2019 13:53 (UTC +04:00)

AUQX: “Heç bir uşağın naləsi eşidilməmiş qalmamalıdır”

Hər il mayın 17-də dünyanın müxtəlif ölkələrindən olan Uşaq Qaynar Xətt (AUQX) Xidmətinin əməkdaşları müxtəlif fəaliyyətlər və tədbirlər təşkil edirlər. 
 
AUQX-dən Lent.az-a verilən məlumata görə, Beynəlxalq Uşaq Qaynar Xətlər Şəbəkəsinə 146 ölkədən 176 üzv daxildir. 
 
Bu şəbəkə vasitəsilə hər il 20 milyondan artıq uşağa xidmət göstərilir. Ölkəmiz də 2010-cu ilin fevral ayında edilən rəsmi açılışdan etibarən, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda və Azercell Telekom Şirkətinin maliyyə dəstəyi ilə 9 ildir ki, fasiləsiz fəaliyyət göstərən Azərbaycan Uşaq Qaynar Xətt Xidməti olmaqla həmin şəbəkəyə üzv olan ölkələrdəndir. 
 
Xidmətin əhatə dairəsi 18 yaşına çatmamış uşaqları və onların problemi ilə əlaqədar hər bir şəxsi əhatə edir. Fəaliyyət göstərdiyi 9 il ərzində AUQX xidmətinə 35 mindən artıq zəng daxil olmuşdur.
 
Azərbaycan Uşaq Qaynar Xətt xidməti fəaliyyətini 24 saat fəaliyyət göstərən dörd mobil
nömrə, bir şəhərdaxili telefon xətti, ektron poçt, internet səhifəsi, facebook və instagram
sosial şəbəkələri və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə həyata keçirir. 
 
Müraciət edənlərin 70%-i 18 yaşdan yuxarı olan şəxsləri, 30%-i isə yetkinlik yaşına çatmayanları əhatə edir. Problemlərlə üzləşən uşaqların sayının göstərilən statistikadan qat-qat artıq olması faktı isə hər birimizə məlumdur.
 
Məqsədimiz Qaynar Xəttin əhatə dairəsini daha genişləndirməklə uşaqların şəxsən müraciət etmələrinə mane olan səbəbləri aradan qaldırmaq, uşaqlarla bağlı mövcud problemləri gizlətmək və ya ört-basdır etmək istəyənlərin qarşısını almaq və uşaqların adından onların
səsinə, avazına çevrilməkdir.
 
Hər bir uşağın səsi var. Yalnız onların səsi eşidildikdə problemlərin həll yolu tapıla və onların aradan qaldırılması istiqamətində işlər görülə bilər. Yalnız səsləri eşidildikdə onlar özlərini cəmiyyətin həqiqi üzvü hesab edə və potensiallarını ortaya qoyaraq uğur əldə edə bilərlər. Biz inanırıq ki, heç bir uşağın naləsi eşidilməmiş qalmamalıdır. Sizin səsiniz, dəstəyiniz bizim üçün önəmlidir.
# 1009
avatar

Oxşar yazılar