[b]Zaqatalada avtomobil körpüdən çaya aşdı - FOTO[/b]
Zaqatalada avtomobil körpüdən çaya aşıb.
ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün Zaqatala şəhərinin girişində qeydə alınıb. “VAZ-2106” markalı, 62 BA 978 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək Tala çayı üzərindəki körpüdən çaya aşıb.
Nəticədə avtomobilin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
960