<b>Sabirabaddakı ailənin vəziyyətinə nəzarət olunacaq</b>
13 may 2019 12:32 (UTC +04:00)

Sabirabaddakı ailənin vəziyyətinə nəzarət olunacaq

Sabirabad rayonunun Məmişlər kəndində yaşayan Savalan Cümşüdovun ailəsinin üzləşdiyi problemlər aidiyyatı qurumlar tərəfindən araşdırılır və ailənin çətin vəziyyəti ilə bağlı lazımi tədbirlər görüləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, ailənin vəziyyətinin araşdırılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə tapşırıq verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Lent.az-a bildirildi ki, ailə müraciət edəcəyi təqdirdə lazımi köməklik göstəriləcək. Qeyd olundu ki, Sabirabad Mərkəzi Rayon Xəstəxanasının baş həkiminə ailənin müraciətinə baxmaları, nə lazımdırsa, etmələri ilə bağlı göstəriş veriləcək.  

Qeyd edək ki, Lent.az-ın əməkdaşı Sabirabad rayonun Məmişlər kəndində yaşayan Savalan Cümüşüdovun evində olub, ailənin çətin vəziyyəti ilə bağlı reportaj hazırlayıb.

Məlum olub ki, ailənin 11 üzvünün hamısı müxtəlif xəstəliklərdən əziyyət çəkir və ailə ağır maddi çətinlik içində yaşayır.

# 1265
avatar

Aygün İbrahimli

Oxşar yazılar