<b>Bakıda tələbəni öldürən gəncə <span style="color:red;">HÖKM OXUNDU </b>
13 may 2019 11:57 (UTC +04:00)

Bakıda tələbəni öldürən gəncə HÖKM OXUNDU

Bakıda tələbəni qətlə yetirməkdə təqsirləndirilən Rauf Murğuzovun cinayət işi üzrə məhkəmə  prosesi başa çatıb.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
 
Hakimlər kollegiyasının hökmünə əsasən Rauf Murğuzov 10 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki,  qətl ötən ilin dekabrında Nərimanov rayonu Atatürk prospekti, ev 2a ünvanında qeydə alınıb.
 
Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.
 
Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.
 
Xatırladaq ki, qətlə yetirilən E.Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən R.Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi idi.
 
# 783
avatar

Səlcuq Elçin

Oxşar yazılar