[b]Yasamalda sabirabadlı keçmiş məhkumun maşınından heroin çıxdı[/b]
13 may 2019 11:45 (UTC +04:00)

[b]Yasamalda sabirabadlı keçmiş məhkumun maşınından heroin çıxdı[/b]

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 
 
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində Sabirabad şəhər sakini, əvvəllər oğurluq və quldurluğa görə məhkum olunmuş X.Abbasovun idarə etdiyi “Hyundai” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 105 qrama yaxın heroin aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
# 786
avatar

Oxşar yazılar