Bərdədə istifadəyə yararsız ət aşkarlandı
13 may 2019 11:09 (UTC +04:00)

Bərdədə istifadəyə yararsız ət aşkarlandı

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, növbəti belə tədbir mayın 11-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri və rayon prokurorluğunun əməkdaşları ilə birgə Bərdə şəhərində keçirilib.
 
Şəhər sakini Ə.Məmmədovun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan öldükdən bir müddət sonra başı kəsilmiş, 270 kiloqram çəkidə inək əti aşkar edilərək götürülmüşdür.
 
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
 
Araşdırmalar aparılır.
# 617
avatar

Oxşar yazılar