<b>Bazar günü II və III ixtisas qrupları imtahan verəcək</b>
13 may 2019 10:14 (UTC +04:00)

Bazar günü II və III ixtisas qrupları imtahan verəcək

Mayın 19-da II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər artıq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

 

Məlumata görə, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

 

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan  abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

 

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

# 762
avatar

Aygün İbrahimli

Oxşar yazılar