<b>Qalmaqallı boşanan Fərda uşaqlarına bu qədər <span style="color:red;">ALİMENT ÖDƏYİR  - VİDEO </b>
13 may 2019 10:12 (UTC +04:00)

Qalmaqallı boşanan Fərda uşaqlarına bu qədər ALİMENT ÖDƏYİR - VİDEO

İlk ailəsindən boşanaraq ikinci dəfə evlənən azərbaycanlı aktyor Fərda Xudaverdiyev şəxsi həyatından danışıb.

 

Lent.az-ın məlumatına görə, aktyor “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib ki, birinci evliliyindən olan övladlarına lazımından artıq aliment ödəyir: “Ailənin dağılmağında, birləşməyində xoşbəxtlik böyük rol oynayır. Tam xoşbəxt olmayanda başlayırsan vurnuxmağa. Övladlarımın xatirinə vaxtında bitirməli idim. Bitirdim. Bir evin altında o övladları elə görmək istəmirəm. Bu gün uşağa ayrılan aliment 154 manatdırsa, mən hər uşağıma 550 manat pul ayırıram. Öz qazancımın 70%-ni onlara verirəm. Azərbaycanda mənim qədər aliment verən insan yoxdur. Övladlar xahiş etməmişdi ki, onları dünyaya gətirək?”  

 

Qeyd edək ki, Fərdanın ilk nikahdan Mətin və Amin adlı iki övladı var. O, həyat yoldaşından qalmaqallı şəkildə ayrılıb. 


Aktyorun birinci həyat yoldaşı onların ailəsini Fərdanın 2-ci xanımının dağıtdığını deyib. O bildirib ki, Fərda həmin qadınla qeyri-rəsmi nikahda yaşayır.

 

Onu da əlavə edək ki, Fərdanın 2-ci xanımından bir oğlu var.

 

# 5017
avatar

Yalçın UĞUR

Oxşar yazılar