[b]Mikroavtobus qəzaya düşdü: xəsarət alanlar var - YENİLƏNİB - FOTO[/b]
13 may 2019 12:38 (UTC +04:00)

[b]Mikroavtobus qəzaya düşdü: xəsarət alanlar var - YENİLƏNİB - FOTO[/b]

Zaqatalada baş verən yol qəzasında yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilib.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı rayonun Əliabad qəsəbə sakinləridir.
 
Onlar - 1988-ci il təvəllüdlü Həsənov Həsən Ramiz oğlu, 1983-cü il təvəllüdlü Şabanova Arzu Abdul qızı, 1985-ci il təvəllüdlü Muxtarova Nailə İsmayıl qızı, 2011-ci il təvəllüdlü Musayev İslam Rəhman oğlu, 1999-cu il təvəllüdlü Qəbimova Elnurə İlqar qızı və 2001-ci il təvəllüdlü Balayeva Aylin Feyzulla qızıdır.
Zaqatala RMX-dan ONA-ya bildirilib ki, yaralılardan A. Balayevanın müalicəsi xəstəxananın travmatologiya şöbəsində davam etdirilir. Digər yaralıların xəsarətləri yüngül olduğundan müayinə və ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
 
10:00
 
Zaqatalada sərnişin daşıyan mikroavtobus qəzaya düşüb.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala-Əliabad marşrutu üzrə sərnişin daşıyan mikroavtobus rayon mərkəzi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə xəsarət alan bir-neçə sərnişin Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində araşdırma aparır.
# 1157
avatar

Oxşar yazılar