[b]Yol qəzasında ölən şəxs icra başçısının sürücüsü olub - YENİLƏNİB[/b]
13 may 2019 23:29 (UTC +04:00)

[b]Yol qəzasında ölən şəxs icra başçısının sürücüsü olub - YENİLƏNİB[/b]

Goranboyda avtomobil qəzasında dünyasını dəyişən şəxs Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

 
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, rayonun Səfikürd kəndi ərazisində "HOVO" markalı yük maşının "VAZ 2115" markalı minik maşını ilə
toqquşması nəticəsində dünyasını dəyişən şəxs –1969-cu il təvəllüdlü Əliyev Rauf İsmayıl oğlu Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.
 
Qeyd edək ki, R.Əliyev şəxsi minik avtomobilini idarə edərkən qəza törədib.

 

08:12

 

Goranboyda ağır yol qəzası baş verib, bir nəfər ölüb.

 

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, minik maşını yük maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü 1969-cu il təvəllüdlü Aşağı Ağcakənd kənd sakini Əliyev Rauf İsmayıl oğlu ağır xəsarətlər alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

# 2185
avatar

Oxşar yazılar