Anadolu agentliyinin qar uçqunu altında qalan əməkdaşından YENİ XƏBƏR

Qar uçqunu altında qalaraq itkin düşən Türkiyənin Anadolu agentliyinin əməkdaşı, Abdülkadir Nişancının axtarışı davam edir.
 
Lent.az Anadolu agentliyinə istinadla xəbər verir ki, axtarış-xilasetmə işlərinə 220 nəfərlik heyət cəlb olunub. Ən son məlumata görə, Karaçam ərazisində dərə kənarında tapılan ayaqqabı tayının Abdülkadir Nişancıya məxsus olması təsdiq edilib.
 
Qeyd edək ki, Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı Dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən mayın 10-da qar uçqunu altında qalıb.

LENT

25 May 2019

Digər xəbərlər >>>