3 tona yaxın narkotik aşkarlandı
12 may 2019 15:06 (UTC +04:00)

3 tona yaxın narkotik aşkarlandı

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Səravan rayonunda 2,6 ton narkotik maddə aşkarlanıb.
 
Bunu İranın Sistan və Bəluçestan vilayəti hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib.
 
M.Qənbərinin sözlərinə görə, narkotik maddələrlə mübarizə polis əməkdaşları böyük həcmdə narkotik maddələrin daşınmasına dair məlumat əsasında əməliyyat keçirib.
 
Rəsmi əlavə edib ki, 2,42 ton tiryək, 32 kq morfin, 23 kq həşiş, 2,2 kq heroin, 122 kq digər narkotik maddələr aşkarlanıb.
 
Narkotiklə yanaşı, 2 ədəd Kalaşnikov avtomatı, 7 daraq və 7 mərmisi ilə bir minaatan aşkarlanıb və 3 qaçaqmalçı saxlanılıb.
 
(Trend)
# 2010
avatar

Oxşar yazılar