Nazirlikdən Mixtaryana təhlükəsizlik təminatı verilməməsi barədə iddiaya MÜNASİBƏT
12 may 2019 14:12 (UTC +04:00)

Nazirlikdən Mixtaryana təhlükəsizlik təminatı verilməməsi barədə iddiaya MÜNASİBƏT

Gənclər və İdman Nazirliyi "Arsenal" komandasının erməni əsilli oyunçusu Henrix Mixtaryanın Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakla bağlı Azərbaycanın təhlükəsizlik təminatını verməməsi barədə iddiaya münasibət bildirib.
 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib.
 
Nazirlik bu səbəbdən deyilənlərin heç bir reallığa sağmadığını vurğulayıb.
# 2105
avatar

Oxşar yazılar