[b]"Maral Tahirqızının yeri səhnə yox, dəlixanadır" - Dostəliyeva[/b]
12 may 2019 13:27 (UTC +04:00)

[b]"Maral Tahirqızının yeri səhnə yox, dəlixanadır" - Dostəliyeva[/b]

"Maral Tahirqızının yeri səhnə yox, dəlixanadır. Elə oxumaq olur? Nə geyimini, nə danışığını, nə oturuşunu bilir. Onu müğənni hesab edirsiz? Sabahdan mən müğənniliyi atıram onda".
 
Bu sözləri müğənni Zeynəb Dostəliyeva "Bizimləsən" verilişində deyib. İfaçı sənətə yeni gələn müğənniləri tənqid edib:
 
"İndi siz müğənniləri otellərə aparırlar. Qastrollara gedəndə oteldə qalırsız. Biz o vaxt gedib qonaq evində qalırdıq. Nə tualeti, nə də əl yumağa yeri var idi.
 
Məni indi verilişə təmənnasız çağırmısınız. Kanallar var ki, deyəndə elə qiymət oxuyurlar ki... O pulu ancaq yaxşı, gündə bir sponsor tapan qızlar verə bilər".
 
(axşam.az)
# 2243
avatar

Oxşar yazılar