Anadolu Agentliyinin əməkdaşının axtarışları davam edir
11 may 2019 17:35 (UTC +04:00)

Anadolu Agentliyinin əməkdaşının axtarışları davam edir

Türkiyənin “Anadolu” informasiya agentliyinin əməkdaşı Əbdülqədir Nişancının axtarışları davam edir.
 
ONA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, agentliyin Bayburt bölgə müxbiri olan Ə.Nişancı ötən gün Bayburt – Trabzon arasında yerləşən Soğanlı dağında qar uçqunun təmizlənməsi vaxtı öz vəfizəsini yerinə yetirərkən uçuruma yuvarlanıb.
 
Aparılan axtarış-xilasetmə işləri zamanı Ə.Nişancıya məxsus olan fotokamera və sənədlər tapılıb.
 
Jurnalistin tapılması istiqamətində aidiyyəti dövlət orqanları birgə axtarış-xilasetmə işlərini davam etdirir.
# 1591
avatar

Oxşar yazılar