Bu küçələrdə rənglənmə işləri aparılacaq
11 may 2019 15:18 (UTC +04:00)

Bu küçələrdə rənglənmə işləri aparılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  sifarişi əsasında  Bakı şəhərində nəqliyyat  vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Aleksand Puşkin, Azadlıq və Bülbül küçələrində bu gün axşam saat 22:00-dan səhər saatlarına kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
 
Bu barədə Lent.az-a AAYDA-dan bildirilib.
 
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
# 1651
avatar

Aygün İbrahimli

Oxşar yazılar