<b>Atasını itirən müğənnimiz <span style="color:red;">XƏBƏRDARLIQ ETDİ : "Damarlarımı kəsəcəm"</b>
11 may 2019 14:42 (UTC +04:00)

Atasını itirən müğənnimiz XƏBƏRDARLIQ ETDİ: "Damarlarımı kəsəcəm"

Bir neçə gün öncə atasını itirən müğənni Kərim Abbasov sosial şəbəkədə status yazıb.

 

Lent.az-ın məlumatına görə, ifaçı atasının ölümündən sonra mahnı ifa etdiyinə görə onu qınayanlara bu cür cavab verib: "Xahiş edirəm, mənim hisslərimlə oynamayın. And olsun Allaha, balamın canına, özümə qəsd edəcəm. Hər gün dərman içib əsəblərimi sakitləşdirməkdən bezdim. Tab gətirə bilmirəm. Əl çəkin məndən. Bilməzdim ki, atamı məndən çox istəyənlər var imiş. Atamın ölüsünü şoulaşdırıb yazanlar, özümə qəsd etsəm, altından çıxa biləcəksiniz?

 

Əl çəkin, həyatımı, dərdimi yaşayım. Ağlamaqdan gözlərim göynəyir. Kor olacam axırda. Sənətim qazanc yerimdir. Balamın, ailəmin, hüzrə gələn qonaqların qabağına mən çıxmalıyam. Dilənçi deyiləm ki, məclisə gələn qonaqlardan pul yığım. Adım-sanım var. Ona görə də mən işə çıxıb pul qazanmalıyam. Kimsə gəlib qapımı döyüb mənə 10 manat vermir. Baxın görün, mən nə çəkirəm. Əl çəkin məndən. 
 

Qurana and olsun, damarlarımı doğrayacam, axırıncı xəbərdarlığımdı”.

# 2372
avatar

Yalçın UĞUR

Oxşar yazılar