<b>Azərbaycanda İLK DƏFƏ rəqəmli radio yayımı üçün diapazon ayrıldı</b>
11 may 2019 13:52 (UTC +04:00)

Azərbaycanda İLK DƏFƏ rəqəmli radio yayımı üçün diapazon ayrıldı

Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 11-ci televiziya yayım kanalının B diapazonu Bakı şəhəri və Abşeron yarımadasında DAB+ standartı üzrə rəqəmli radio yayımı aparmaq üçün ayrılıb.
 
Bu barədə ONA-ya MTRŞ-nin şöbə müdiri İsa Məmmədov məlumat verib.  
 
O bildirib ki, bu yayım zamanı 12 radio proqramı Bakı şəhəri və Abşeron yarımadası ərazisində təxminən 256 kbit/san sürəti ilə stereo formatında yayımlanacaq: “Bundan başqa, titrlər formasında əlavə məlumatların (dataların) verilməsi də nəzərdə tutulur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi bu yayımı həyata keçirmək üçün 1 kVt gücündə olan radiovericini istismara verəcək. Radiovericinin əhatə zonası təxminən 80-90 km olacaq”. 
 
İ.Məmmədov qeyd edib ki, Avropa ölkələrinin əksəriyyətində DAB və ya DAB+ standartlı rəqəmli radio yayım həyata keçirilir: “DVB-T standartı üzrə rəqəmli radio yayımının aparılması isə o qədər də effektli sayıla bilməz. Çünki bunu yalnız DVB-T televiziya qəbulediciləri dəstəkləyə bilir. Lakin, Norveçdən başqa, bütün ölkələrdə bu yayım analoq radio yayımı ilə paralel aparılır. Bizim ölkəmizdə də hələlik analoq radio yayımının dayandırılması gündəlikdə yoxdur”.
# 1450
avatar

Oxşar yazılar