Bazar günü hava necə olacaq? - PROQNOZ
11 may 2019 12:37 (UTC +04:00)

Bazar günü hava necə olacaq? - PROQNOZ

Mayın 12-də ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Ekologiya və Təbii Sərbərlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a vürilən məlumata görə, sabah  Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
 
Mülayim cənub-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 14-17° isti, gündüz  20-25° isti, Bakıda gecə 15-17° isti, gündüz  23-25°  isti təşkil edəcək.
 
Atmosfer təzyiqi  norma daxilində 761 mm civə sütunu təşkil edəcək. 
 
Nisbi rütubət  gecə  75-85 %, gündüz 55-65 % olacaq. 
 
Rayonlara gəlincə, gün ərzində əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 
 
Gecə və səhər ayrı-ayrı yerlərdə dumanolacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  25-30° isti, dağlarda gecə 5-10°  isti,  gündüz  13-18°  isti təşkil edəcək.  
# 2842
avatar

Aygün İbrahimli

Oxşar yazılar