YAP-çılar ağac əkdilər
11 may 2019 11:50 (UTC +04:00)

YAP-çılar ağac əkdilər

Bu gün Yeni Azərbaycan Partiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.
 
ONA-nın məlumatına görə, aksiya Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında keçirilib. Aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli Əhmədov, partiya üzvləri, fəalları, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Ə.Əhmədov deyib ki, aksiyanın keçirilməsi ilə ulu öndərin xatirəsi yad edilir: "Digər tərəfdən Bakının ekoloji mühitinin yaxşılaşdırılmasına öz töhfəmizi veririk. Vaxtı ilə açıq sahə olan bu ərazinin yaşıl zonaya çevrilməsinə dəstək göstəririk".
# 1080
avatar

Oxşar yazılar