[b]Polis rəisinin oğlu dünya çempionatında medal qazandı[/b]
11 may 2019 11:26 (UTC +04:00)

[b]Polis rəisinin oğlu dünya çempionatında medal qazandı[/b]

İspaniyanın Qvadelaxara şəhərində Kempo üzrə XVI Dünya çempionatı keçirilib.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (DYPİ) ONA-ya verilən xəbərə görə, 67 ölkədən 1300 idmançının iştirak etdiyi qarşılaşmalarda Azərbaycan Kempo yığma komandası 7 idmançı və 2 məşqçi ilə təmsil olunub.
 
Yarışın üçüncü günü nokdaun versiyası üzrə kişilər arasında DYPİ-nin Axtarış bölməsinin inpsektoru, polis baş leytenantı Vüsal Qələndərov 95 kg çəki dərəcəsində ikinci yer qazanıb. İdmançılarımız ümumi hesabda üç qızıl, dörd gümüş medalla vətənə qayıdıblar.
 
Qeyd edək ki, V.Qələndərov Nəsimi DYP-nin rəisi Qəhrəman Qələndərovun oğludur.
# 1627
avatar

Oxşar yazılar