[b]Azərbaycan Premyer Liqası: bu gün mövsümə yekun vurulacaq[/b]
11 may 2019 10:44 (UTC +04:00)

[b]Azərbaycan Premyer Liqası: bu gün mövsümə yekun vurulacaq[/b]

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünə yekun vurulacaq. 
 
 
Lent.az xəbər verir ki, sonuncu - XXVIII turun qarşılaşlamaları eyni gündə təşklil olunacaq. 4 oyunun hər biri formal xarakter daşıyacaq.
 
 
“Qarabağ”ın qızıl, “Neftçi”nin gümüş, “Səbail”in bürünc medal qazandığı mövsümdə, "Keşlə”nin də sonuncu pilləni tutaraq I diviziona düşməsi öncəki turda bəlli olub.
 
 
Turun açılış matçında avrokuboklara vəsiqəni təmin edən "Səbail" "Keşlə"ni qəbul edəcək. Digər iki oyun isə eyni saatda start götürəcək. "Sumqayıt" "Qəbələ" ilə, "Sabah" isə "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu qarşılaşmalardan sonra 5-7-ci yerləri tutan komandalar bəlli olacaq.
 
 
XXVIII turun və mövsümün son oyunu çempion "Qarabağ"la gümüş medalın sahibi "Neftçi" ilə arasında olacaq. Bu matç bombardirlik yarışanda mübarizə aparan Baqali Dabo və Mahir Mədətov üçün önəmlidir. Görüşdə kimin mükafata sahib olacağı müəyyənləşəcək (report). Qarşılaşmadan sonra isə 2018-2019 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
 
 
Azərbaycan Premyer Liqası, XXVIII tur 
 
 
11 may (şənbə)
 
 
15:00. “Səbail” – “Keşlə”
 
 
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad
 
 
Abdullayev, Namiq Bəkirov
 
 
Hakim-inspektor: Vüsal Əliyev
 
 
AFFA nümayəndəsi: Mübariz Hüseynov
 
 
“ASCO Arena” (“CBC Sport”/canlı)
 
 
16:00. “Sabah” – “Zirə”
 
 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
 
 
Hakim-inspektor: Rövşən Əhmədov
 
 
AFFA nümayəndəsi: Asif Əliyev
 
 
“Əlincə Arena”
 
 
16:00. “Sumqayıt” – “Qəbələ” 
 
 
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər
 
Məmmədov, Rövşən Rəcəbov
 
 
Hakim-inspektor: Munis Abdullayev
 
 
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
 
 
“Kapital Bank Arena”
 
 
18:00. “Neftçi” – “Qarabağ”
 
 
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
 
 
Hakim-inspektor: İmanxan Sultani
 
 
AFFA nümayəndəsi: Şaiq Həmidov
 
 
“Bakcell Arena”
# 1031
avatar

Oxşar yazılar