Bir çox bölgələrdə yağış, Balakəndə dolu yağıb - SİNOPTİK XƏBƏRİ
10 may 2019 21:20 (UTC +04:00)

Bir çox bölgələrdə yağış, Balakəndə dolu yağıb - SİNOPTİK XƏBƏRİ

Bu gün saat 20:00-a olan məlumata əsasən, Quba, Göygöl və Gəncədə yağış yağıb.

 

ONA-nın xəbərinə görə, bu barədə məlumat Milli Hidrometeorologiya Departamenti tərəfindən yayılıb.

 

Bildirilir ki, Daşkəsən, Naxçıvan, Lənkəran, Astara,Yardımlı, Biləsuvar və Şamaxıda şimşək çaxıb. Balakən rayonunda saat 20:02-dən 20:08-dək (6 dəqiqə ərzində) dolu müşahidə edilib.

 

Dolunun diametri 24 mm təşkil edir.

# 1884
avatar

Oxşar yazılar