[b]“Doğma azarkeşlər önündə qızıl medala yiyələnmək istəyirdim” - Nicat Şıxəlizadə[/b]
10 may 2019 19:41 (UTC +04:00)

[b]“Doğma azarkeşlər önündə qızıl medala yiyələnmək istəyirdim” - Nicat Şıxəlizadə[/b]

“Final görüşünə qələbə qazanmaq üçün çıxmışdım. Bu rəqibi bir neçə dəfə məğlub etmişdim”. 
 
ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının cüdoçusu Nicat Şıxəlizadə deyib.
 
Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirində gümüş medal qazanan idmançımız yarış barədə fikirlərini açıqlayıb: “Yenə qalib gəlmək, doğma azarkeşlər önündə qızıl medala yiyələnmək istəyirdim. Amma cüzi bir səhv üzündən uduzum. Buna görə üzülürəm. Amma əsas odur ki, finala yüksəldim və medalsız qalmadım. Əsas məqsədimiz eyni zamanda Avropa çempionatı xarakteri daşıyan Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir”.
 
Qeyd edək ki, 66 kq çəki dərəcəsində çıxış edən N.Şıxəlizadə finalda moldovalı Denis Vieraya uduzub.
# 2107
avatar

Oxşar yazılar